Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Saratov şəhərində naməlum şəxs rus işğalçılarının Ukraynaya qarşı müharibəyə həsr etdiyi “xüsusi hərbi əməliyyatın tarixi muzeyi” adlanan sərgini yandırıb.
Hafta.az xəbər verir ki, “Baza” telegram-kanalının məlumatına görə, bu, aprelin 9-na keçən gecə baş verib.
“Naməlum şəxs Xüsusi Hərbi Əməliyyatlar Tarixi muzeyinin pəncərəsini daşla sındıraraq içəriyə “Molotov kokteyli” atıb”, – nəşr belə yazır.
Qeyd olunur ki, yanğın baş verib, lakin yanğını təhlükəsizlik xidmətinin növbətçi əməkdaşı söndürüb və polis çağırıb. Nəticədə yalnız pəncərə və pərdələrə ziyan dəyib, eksponatların tədqiqi hələ də davam edir.
Hadisə yerində polis beş litrlik kanistr, naməlum maye olan üç butulka və şüşə qırıntıları aşkar edib.